Bakı neft emalı zavodunun modernizasiyası üzrə növbəti müqavilə imzalanıb - FOTO

Bakı neft emalı zavodunun modernizasiyası üzrə növbəti müqavilə imzalanıb - FOTO Bu gün "SOCAR Fugro" ilə zavod arasında müqavilə imzalanıb
Energetika
22 Fevral , 2016 17:39
Bakı neft emalı zavodunun modernizasiyası üzrə növbəti müqavilə imzalanıb - FOTO

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

"Report"a SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədilə növbəti müqavilə imzalanıb.

Sənəd layihəçi “SOCAR-Foster Wheeler” Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan ''Fluor'' tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında ''SOCAR Fugro'' MMC ilə zavod arasında bu gün imzalanıb. Bu münasibətlə keçirilmiş mərasimdə müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott imzalayıblar. Zavodun direktoru Elman İsmayılov, baş mühəndisi Nail Əmirov, ''SOCAR Fugro'' MMC-nin baş direktoru Kris Mott, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK) baş direktorunun müavini Rauf Nağıyev imzalanan müqavilənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji - hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə “SOCAR Fugro” MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin də cəlb edilməsi vurğulanıb.

Xatırladaq ki, “SOCAR Fugro” MMC SOCAR-ın bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, NQENKK-nın layihəsində podratçı qismində iştirak edib. 

Son xəbərlər

Orphus sistemi