​Bakı Neft Emalı Zavodunda toplanış məşqi keçirilib

​Bakı Neft Emalı Zavodunda toplanış məşqi keçirilib Məşqdə rayon ərazisində yerləşən müəssisə və təşkilatlar iştirak edib
Energetika
19 Fevral , 2015 18:57
​Bakı Neft Emalı Zavodunda toplanış məşqi keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Nizami Rayon İcra Hakimiyyətinin illik tədbirlər planına əsasən müəssisə və təşkilatların xüsusi hazırlıqlı dəstələri ilə rabitə və xəbərdarlıq üzrə toplanış məşqi keçirilib.

“Report” “SOCAR”a istinadən xəbər verir ki, məşqdə rayon ərazisində yerləşən digər müəssisə və təşkilatlarla yanaşı, zavodun 32 nəfərdən ibarət xüsusi hazırlıqlı ərazi xilasetmə dəstəsi də iştirak edib. Məşqin keçirilməsində məqsəd rayon ərazisində baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınması məqsədilə şəxsi heyətin vaxtında və tam təminatı ilə təyin olunmuş yerə toplanmasını təşkil etmək olub. Məşqdən əvvəl şəxsi heyətə tövsiyələr verilib, fövqəladə hadisələr zamanı vaxtında xəbərdarlıq və toplanışın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Toplanışda zavodun ərazi xilasetmə dəstəsinin cihaz və avadanlıqlarına baxış keçirilib. BNEZ-in xüsusi hazırlıqlı ərazi xilasetmə dəstəsinin fəaliyyəti mütəxəssislər tərəfindən qənaətbəxş sayılıb.

Son xəbərlər

Orphus sistemi