Bakı metrosunda sərnişinlərin təxliyyəsi uğurla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakı metrosunda sərnişinlərin təxliyyəsi uğurla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB-2 Bakı. 3 iyul. REPORT.AZ/ Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.
Energetika
3 İyul , 2018 21:09
Bakı metrosunda sərnişinlərin təxliyyəsi uğurla başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB-2
Report

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.

Bu barədə "Report"a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.

Onun sözlərinə görə, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.


*** 20:31

Metropoliten işçiləri və polis əməkdaşları sərnişinlərin tuneldə qalan qatarlardan çıxmasına köməklik edirlər. 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a hazırda metroda sərnişinlərin təxliyyə olunduğunu deyib: "Bütün stansiyalarda təxliyyə işi aparılır. Stansiyaların çıxışlarına isə təcili tibbi yardım maşınları cəlb olunub, səhhəti pisləşən vətəndaşlara yardım göstərilir". 

Onun sözlərinə görə, sonuncu sərnişin metronu tərk edənə qədər təxliyyə prosesi davam edəcək : "Hazırda təxliyyə prosesi başa çatmaq üzrədir".


*** 19:08

Ölkə ərazisində elektrik enerjisinin verilişində yenidən fasilənin yaranması səbəbindən Bakı metrosunda qatarların hərəkəti dayanıb.

"Report"un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyyə olunur. Metronun giriş-çıxışları bağlanıb.

Məlumatı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da "Report"a təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi