​Bakı-Ərzurum boru kəmərində qaz sızması davam edir

​Bakı-Ərzurum boru kəmərində qaz sızması davam edir Qars Valiliyi: Yalnız kəmərdə təzyiq düşəndən sonra boru xəttinin qəzalı hissəsinin təmirinə başlanılacaq
Energetika
4 Avqust , 2015 13:12
​Bakı-Ərzurum boru kəmərində qaz sızması davam edir

Bakı. 4 avqust. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Qars vilayəti ərazisindən keçən hissəsində bu gün səhər saatlarında baş vermiş partlayışdan sonra xətdə hələ də qaz sızması davam edir. 

Bu barədə "Report"a Türkiyənin Qars Valiliyindən məlumat verilib: "Partlayış nəticəsində yanğın olmayıb, amma qaz sızıntısı var. Bu səbəbdən xəttin bərpası ilə əlaqədar hələ müdaxilə edilmir".

Mənbənin sözlərinə görə, profilaktik işlərlə əlaqədar ötən gündən etibarən Gürcüstan ərazisindən qazın nəqli dayandırılsa da, kəmərdə bərpa işlərinin bərpası xətdə təzyiqin kifayət qədər minimuma düşməsindən sonra mümkün olacaq. 

"Qaz sızıntısı və yüksək təzyiq olduğu üçün hazırda boru xəttinə müdaxilə etmək mümkün deyil. Müdaxilə olarsa, yanğın baş verə bilər. Yalnız təzyiq düşdükdən sonra boru xəttinin qəzalı hissəsinin təmirinə başlanılacaq. Bundan sonra onun terror yaxud texniki qəzadan baş verdiyi məlum olacaq", - deyə Valilikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi