Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər 28% artıb

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər 28% artıb Bununla yanaşı, "BTC Co"nun əməliyyat xərcləri 18% azalıb
Energetika
18 Noyabr , 2016 16:05
Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclər 28% artıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübü ərzində “BTC Co.”nun səhmdarları Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə 128 mln. ABŞ dolları xərcləyib ki, onun 87 mln. dolları əməliyyat xərcləri, 41 mln. dolları isə əsaslı xərclər olub.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin 9 ay üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, BTC üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb. Əməliyyat xərcləri 18% azalıb, əsaslı xərclər isə 28% artıb. BTC 2006-cı ilin iyun ayında istismara veriləndən üçüncü rübün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 341 mln. ton (təxminən 2,55 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 354 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 mln. ton (193 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 242 tankerə yüklənib.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi