Bakı-Ceyhan kəməri ilə yanvarda neft nəqli artıb

Bakı-Ceyhan kəməri ilə yanvarda neft nəqli artıb Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 542,2 min ton neft nəql edilib.
Energetika
16 Fevral , 2018 11:24
Bakı-Ceyhan kəməri ilə yanvarda neft nəqli artıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 542,2 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 81,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Magistral neft kəmərləri ilə nəqletmənin həcmi 2017-ci ilin yanvar ayından 0,02% azdır.

Cari ilin yanvar ayı ərzində BTC vasitəsilə 2 895,2 min ton neft ötürülüb. Bu isə illik müqayisədə 2% çoxdur.

Dövr ərzində BTC kəməri ilə 554 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin yanvarından 30% artıqdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi