Bakı-Ceyhan kəməri ilə ötən il 4,7 mln. ton tranzit nefti nəql edilib

Bakı-Ceyhan kəməri ilə ötən il 4,7 mln. ton tranzit nefti nəql edilib Azərbaycanın magistral kəmərləri ilə 2016-cı ildə 44,129 mln. ton neft ötürülüb
Energetika
24 Yanvar , 2017 11:29
Bakı-Ceyhan kəməri ilə ötən il 4,7 mln. ton tranzit nefti nəql edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın magistral neft kəmərləri ilə 2016-cı ildə ümumilikdə 44,129 mln. ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Hesabat ilində bu kəmər vasitəsilə 33,930 mln. ton neft ötürülüb ki, bu da əvvəlki illə müqayisədə 2,5% azdır.

Dövr ərzində BTC kəməri ilə 4,7 mln. ton tranzit nefti də nəql edilib. Bu isə əvvəlki illə müqayisədə 14,5% azdır.

Son xəbərlər

Orphus sistemi