​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb BTC kəməri ilə Qazaxıstan və Türkmənistan neftinin tranziti isə azalıb
Energetika
10 Avqust , 2015 12:06
​Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

Bakı. 10 avqust. REPORT.AZ/ Cari ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 614,05 min ton Azərbaycan nefti nəql olunub. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,75% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında BTC kəməri ilə 16 859,5 min ton neft ötürülüb ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,33% azdır.

Qeyd edək ki, kəmər istifadəyə verilən gündən 2015-ci il avqust ayının 1-dək BTC-yə 280,7 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyul ayında BTC kəməri ilə 378,753 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub, bu da illik müqayisədə 9,56% azdır.

Son xəbərlər

Orphus sistemi