​Bakı-Ceyhan kəməri ilə neft nəqli 3% artıb

​Bakı-Ceyhan kəməri ilə neft nəqli 3% artıb İlin I yarısında bu kəmərlə 14,930 mln. ton neft ötürülüb
Energetika
13 İyul , 2016 10:42
​Bakı-Ceyhan kəməri ilə neft nəqli 3% artıb

Bakı. 13 iyul. REPORT.AZ/Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 489 988 ton Azərbaycan nefti nəql olunub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki,bu göstərici ötən ilin iyun ayından 4% azdır.

Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 930 790 ton neft ötürülüb ki, bu da ötən ilin I yarısından 2,7% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il iyul ayının 1-ə qədər BTC-yə 307 606 179 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyun ayında BTC kəməri ilə 371 206 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

Son xəbərlər

Orphus sistemi