Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb Bu il 24 mln. tondan çox Azərbaycan nefti nəql edilib
Energetika
7 Noyabr , 2016 13:05
Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 360 330 ton Azərbaycan nefti nəql olunub.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 6% azdır.

Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 403 652 ton neft ötürülüb ki, bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il noyabrın 1-ə qədər BTC-yə 317 079 041 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin oktyabr ayında BTC kəməri ilə 263 869 ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi