"Baker Hughes": "ABŞ-da bir həftə ərzində 9 qazma qurğu dayandırılıb"

"Baker Hughes": "ABŞ-da bir həftə ərzində 9 qazma qurğu dayandırılıb" Ötən illə müqayisədə onların sayı 1840-dan 700-ə qədər azaldılıb
Energetika
24 Dekabr , 2015 10:37
Baker Hughes: ABŞ-da bir həftə ərzində 9 qazma qurğu dayandırılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da bir həftə ərzində neft və təbii qaz kəşfiyyatı üçün istifadə edilən 9 qazma qurğu dayandırılıb. İndi bu cür qurğuların sayı 700-ə bərabərdir. Hərçənd ötən il qazma qurğularının sayı 1840 olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə neft-qaz sənayesinin vəziyyəti haqqında məlumat toplamaq üzrə ixtisaslaşan "Baker Hughes" şirkətindən məlumat verilib.

Şirkətin məlumatına görə, ən böyük ixtisarlar Şimali Dakota və Vayominq ştatlarında olub. Eləcə də Arkanzas, Luiziana, Alyaska, Kolorado Texas ştatlarında qurğular dayanıb.

Kaliforniya, Ohayo, Pensilvaniya, Yuta, və Qərbi Virciniya ştatlarında qurğu sayında azalma olmayıb.

Son xəbərlər

Orphus sistemi