Yuxarı
    Bağlamaq

    Bakı-Ceyhan kəməri ilə noyabr üçün neft nəqlinin həcmi müəyyənləşib

    SOCAR noyabr ayında BTC boru kəməri ilə 1,6 mln. ton neft ixrac etməyi planlaşdırır

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin noyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,6 mln. ton neft ixrac etməyi planlaşdırır. Bu barədə "Report"a şirkətdən məlumat verilib. 

    Qeyd edək ki, boru kəməri istifadəyə verilən gündən 2014-cü il oktyabrın 1-dək BTC-yə 257,16 mln. ton neft vurulub.

    Xatırladaq ki, BTC boru kəmərinin uzunluğu 1 768 km təşkil edir, bundan 443 km Azərbaycan, 248 km Gürcüstan, 1 076 km Türkiyə ərazisinə düşür. BTC boru kəməri layihəsində BP (30,1%), SOCAR (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), TPAO (6,53%), ENI (5%), "Total" (5%), "Itochu" (3,4%), "ConocoPhilliрs" (2,5%), "Inрex" (2,5%) və ONGC (2,36%) şirkətləri iştirak edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi