"Babək" strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır

"Babək" strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır Bəhram Hüseynov: "Qaz-kondensat yatağı aşkarlansa, ehtiyatların 3-4 quyu vasitəsilə ilkin işlənməsinə başlamaq mümkündür"
Energetika
2 İyun , 2017 12:47
Babək strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır
Report.az

Bakı. 2 iyun. REPORT.AZ/ "Babək" perspektiv strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.

"Bu, qonşu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. "Ümid" yatağının davamı kimi bitişik dörd tərəfdən qapalı qaz-kondensat yatağının perspektiv strukturu aşkarlanıb", - deyə şirkət rəsmisi bildirib.

"Hazırda SOCAR-ın Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən ilk kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri görülür. Burada dənizin dərinliyi 180 metrdən 800 metrə qədərdir", - deyə B.Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, əgər qaz-kondensat yatağı aşkar olunarsa, ilk olaraq 180 metr dərinlikdə bir platforma qoyub, ehtiyatların 3-4 quyu vasitəsilə ilkin işlənməsinə başlamaq mümkündür.

Son xəbərlər

Orphus sistemi