Baba Rzayev: “Şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib”

Baba Rzayev: “Şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib” “Azərişıq” rəhbəri Ermənistan qoşunları ilə təmas xəttində iş görüldüyünü bildirib
Energetika
8 May , 2017 09:55
Baba Rzayev: “Şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib”

Bakı. 8 may. REPORT.AZ/ "Yaradıldığı 27 ay müddətində “Azərişıq” tərəfindən 16 ədəd 110 kV-luq, 60 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi və avadanlıqlarla təmin edilməsi prosesi başa çatıb. Regionlar üzrə 2500 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Paytaxt Bakı və Bakı-ətrafı ərazi üzrə kifayət qədər irimiqyaslı işlər görülüb. Yasamal və Buzovnada (“Yasamal-1”, “Buzovna-2”) 110/35/10 kV-luq 2 ədəd yarımstansiya tikilərək yenidən qurulub. Eyni zamanda Nərimanovda 3, Nəsimidə 2, Səbaildə 1, Xətaidə 1, Binəqədidə 1, Xırdalanda 4, Maştağada 1, Sarıqayada 1, Fatmayidə 1 ədəd 35 kV-luq yarımstansiya tikinti və yenidənqurmadan sonra istismara verilib”. 

“Report” xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayev rəsmi mətbuatda çıxan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum yaradıldıqdan sonra Bakı və paytaxtətrafı ərazilərdə 17 ədəd yarımstansiya tikilərək, yenidən qurulub: “Azərişıq”ın Şimal RETSİ-nə aid olan Şabran rayonunda 110/10 kV-luq “Rəhimli” yarımstansiyasında tikinti-yenidənqurma işləri başa çatıb. Bundan başqa, Sumqayıtda 3, Xaçmazda 2, Qubada 5, Şabranda 1 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidənqurmadan sonra istismara verilib. Ölkənin şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunda “Bəhmədli”, Şəki rayonunda isə “Cəfərabad” və “Göynük” adlı 3 ədəd 110/35/10 kV-luq yarımstansiyalar tikilib və yenidən qurulub. Bununla paralel olaraq Zaqatalada 1, Şəkidə 1, Qəbələdə 1 ədəd 35 kV-luq yarımstansiya istifadəyə verilib. Qərb bölgəsində də master plana uyğun olaraq işlər görülüb. Qazax rayonunda “Daş Salahlı”, Samux rayonunda “Yenikənd”, Gədəbəy rayonunda isə “Gədəbəy” adlanan yarımstansiyalar tikilərək yenidən qurulub. Bununla yanaşı, Gəncədə, Göygöldə, Samuxda, Gədəbəydə, Qazaxda, Ağstafada hərəsində bir, Daşkəsəndə isə 3 ədəd 35 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri başa çatıb. Ölkənin cənub bölgəsində Masallıda “Boradigah”, Lənkəranda “Lənkəran-1” adlanan 110/35/10 kV-luq yarımstansiyalarda tikinti və yenidənqurma işləri yekunlaşıb. Paralel olaraq 35 kV-luq yarımstansiyalar üzrə Lənkəran, Cəlilabad, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara rayonlarının hər birində bir ədəd 35 kV-luq yarımstansiya tikilərək təhvil verilib. Ölkənin mərkəz hissəsində də kifayət qədər işlər həyata keçirilib. Ağsu və Saatlı rayonlarının hər birində 110/35/10 kV-luq “Ağsu” və “Sarıcalar” yarımstansiyaları ən yüksək formada tikilərək yenidən qurulub. Bununla yanaşı, Mingəçevir, Bərdə, Ucar, Ağdaş, İmişli, Ağcabədi, Zərdab, Sabirabad rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tukilərək yenidənqurmadan sonra istismara verilib. Görülən işlər seriyasında cəbhə bölgəsinin də xüsusi yeri var”.

“Azərişıq” rəhbəri Ermənistan qoşunları ilə təmas xəttində də müəyyən işlərin görüldüyünü bildirib: “Təmas xəttinə yaxın Goranboy rayonunda 110/35/10 kV-luq “Kürəkçay” yarımstansiyası tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Tərtər, Ağdam, Beyləqan rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tikilərək yenidən qurulub. “Azərişıq” yarandıqdan sonra 101 km 110 kV-luq, 862 km 35 kV-luq, 7000 km 10-6-04 kV-luq hava xətti çəkilib, onlara uyğun olaraq ümumilikdə 227500 yeni dayaq basdırılıb. Ümumilikdə 19400 km ÖİN xətti çəkilib, ona uyğun 494000 ədəd yeni dayaq quraşdırılıb. Hazırda Goranboyda “Dəliməmmədli”, Gəncədə “Yeni Gəncə”, Qaxda “Qax”, Neftçalada “Neftçala”, Salyanda “Qaraqaşlı” adlı 4 ədəd 110 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri aparılır. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9%-ə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb”.

Son xəbərlər

Orphus sistemi