Azərbaycan yaxın zamanlarda Qazaxıstana 5000 ton benzin ixrac edəcək

Azərbaycan yaxın zamanlarda Qazaxıstana 5000 ton benzin ixrac edəcək Qazaxıstanın energetika nazirinin müavini: "Tərəflər gələcəkdə yanacağın tədarükü haqqında razılığa gələcəklər"
Energetika
26 Sentyabr , 2014 16:56
Azərbaycan yaxın zamanlarda Qazaxıstana 5000 ton benzin ixrac edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycandan yanacağın 5 min ton həcmində birinci partiyası yaxın müddətdə Qazaxıstan bazarına daxil olmalıdır. 

"Report" Kapital.kz-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin məlumat verib. 

O qeyd edib ki, artıq tərəflər arasında müvafiq razılaşma əldə olunub. 

Hazırda yanacaqla bağlı çətinliklə üzləşən Qazaxıstana Rusiya benzininin tədarükü məsələsinə gəldikdə, Y.Karabalin izah edib ki, bu ölkə ilə 69 min ton benzinin tədarükü üçün müqavilələr də təsdiq olunur, yaxın zamanlarda bu məsələnin həll olunması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi