“Azpetrol” 22 yaşını qeyd edir

“Azpetrol” 22 yaşını qeyd edir Bu gün “Azpetrol” şirkəti 22 yaşını qeyd edir.
Energetika
15 İyul , 2019 09:33
“Azpetrol” 22 yaşını qeyd edir

Bu gün “Azpetrol” şirkəti 22 yaşını qeyd edir.

“Report” xəbər verir ki, “Azpetrol” şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin “Tbilisi“ prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb.

Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.

“Azpetrol”- Daim inkişafa doğru!

Son xəbərlər

Orphus sistemi