“Azneft” üzrə I yarımillikdə 3,07 mln. ton neft hasil edilib

“Azneft” üzrə I yarımillikdə 3,07 mln. ton neft hasil edilib Bu ilin ilk 6 ayı ərzində “Azneft”in sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib
Energetika
21 İyul , 2017 11:34
“Azneft” üzrə I yarımillikdə 3,07 mln. ton neft hasil edilib

Bakı. 21 iyul. REPORT.AZ/ Cari ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 3 071,5 min ton neft və 2 557,2 mln. kubmetr qaz hasil edilib.

“Azneft” İB-dən “Report”a verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib.

“Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 6 ayı ərzində “Azneft”in sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22 138 ton neft hasil edilib. İlin əvvəlindən 320 geoloji tədbir keçirilib, nəticədə 101 539 ton neft hasil edilib ki, bu da plana qarşı 47 tədbir çox və 40 093 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 20 894 ton plana qarşı 26 304 ton neft hasil edilib. İlk yarımillikdə fəaliyyətsiz quyu fondundan 33 quyu nəzərdə tutulduğu halda, 55 quyu istismara qaytarılıb. Bu quyulardan isə 15 321,5 ton əlavə neft alınıb”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi