Yuxarı
    Bağlamaq

    “Azneft” oktyabrda qaz hasilatını artırıb

    Ötən ay Birlik üzrə qaz hasilatı 448 mln. kubmetrə çatdırılıb

    Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz-kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.

    Şirkətdən “Report”a verilən məlumata görə, ötən ay ərzində görülən işlər nəticəsində platformalarda baş verə biləcək qəza ehtimallarının qarşısının alınması, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə “Çıraq-1” platformasından “28 May” NQÇİ-yə nəql olunan qaz xətti üzərində 400 mm ölçüdə əks klapan quraşdırılıb.

    “Ölkə ərazisində istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təmin olunması məqsədilə, “28 May” NQÇİ-nin Zirə sahəsində istismar olunan separasiya sistemi yeniləşdirilib, separatorlar əvəzlənib, onların maye çıxışları avtomatik tənzimləyicilərlə təchiz edilib, siyirtmələr dəyişdirilib, qaz ölçü qovşaqları təftiş olunub və şama gələn xətt yenisi ilə dəyişdirilib. “28 May” NQÇİ-nin Neft Daşları sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan yüksək məhsuldarlıqlı qazturbin mühərrikli kompressor qurğularının fasiləsiz və təhlükəsiz iş rejimini təmin etmək məqsədilə, iş saatını başa vurmuş 2 ədəd qazturbinin istehsalçı zavoda əsaslı təmirə göndərilməsi təmin edilib”, - deyə məlumatda qeyd olunub. 

    Quyularda aparılan təmir-bərpa işləri nəticəsində “Azneft” İB üzrə qaz hasilatı cari ilin oktyabr ayı ərzində 19,479 mln. kubmetr artırılaraq 447,964 mln. kubmetrə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi