Yuxarı

"Azneft" lay suların utilizasiyasını 99%-ə çatdırıb

"Azneft" lay suların utilizasiyasını 99%-ə çatdırıb
Neft və qazçıxarma idarələrində orta hesabla gündəlik formalaşan 15 min kubmetr lay suyu 139 utilizasiya quyusuna vurulur
© Socar.az

Bakı. 5 aprel. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyi üzrə 2016-cı ildə 5 616 min kubmetr lay suyu çıxarılıb, bunun 5 544 min kubmetri, yəni 98,7%-i utilizasiya olunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, 2011-ci ildən lay sularının utilizasiyasına başlanılıb, ötən müddət ərzində ''Bibiheybətneft'' və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində yeraltı tutumlar inşa edilib, yeni neft yığım məntəqəsi istismara verilib: “Neftqazçıxarma idarələrində utilizasiya quyularında dalma nasosundan istifadə edilir, lay sularının təmizlənməsi, yığılması və utilizasiyası məqsədilə avadanlıq alınıb quraşdırılır. Hazırda “Neft Daşları” NQÇİ-də maksimum məhsuldarlığı sutkada 4 400 kubmetr olan utilizasiya avadanlığının quraşdırılması başa çatmaq üzrədir”.

Qeyd olunub ki, N.Nərimanov adına NQÇİ-nin Daşgil Neftyığma Məntəqəsinin buxarlanma sahəsinə axıdılan lay suları 2016-cı ilin iyul ayından etibarən borularla Ə.C.Əmirov adına NQÇİ-nin mərkəzi anbarına nəql edilir, bu ildən isə həmin lay suları 2 000 kubmetrlik çənə yığılaraq utilizasiya quyularına vurulur: “Bununla da hasil olunan lay sularının tam utilizasiyası təmin edilir. ''28 May'', ''Neft Daşları'' və ''Abşeronneft'' NQÇİ-lərlə yanaşı, quruda yerləşən ''Bibiheybətneft'', Ə.C.Əmirov NQÇİ-lərdə və N.Nərimanov adına NQÇİ-nin Daşgil sahəsində də formalaşan lay suları qapalı sistemdə utilizasiya olunur. 

Ümumiyyətlə, Birlik üzrə NQÇİ-lərdə orta hesabla gündəlik formalaşan 15 min kubmetr lay suyu 139 utilizasiya quyusuna vurulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi