​“Azneft”in yeni istehsalat obyektləri tikilir

​“Azneft”in yeni istehsalat obyektləri tikilir Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir
Energetika
21 İyul , 2016 12:56
​“Azneft”in yeni istehsalat obyektləri tikilir

Bakı. 21 iyul. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən yeni neft və qaz quyularının qazılması üçün perspektivli sahələrin genişləndirilməsi, əlavə istehsalat sahələrinin tikintisi üzrə işlər planlı şəkildə həyata keçirilir".

"Report" SOCAR-a istinadən xəbər verir ki, hazırda Birliyin sifarişi əsasında “Günəşli” yatağında yerləşən 14 saylı dərin dəniz özülündə növbəti 2 quyunun qazılması üzrə yenidənqurma işləri aparılır. Yaxın günlərdə quyu şaxtaları quraşdırılacaq. Artıq yataqda yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 2-ci qazma qurğusunun avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb.

"Özüldə 20 quyunun qazılması nəzərdə tutulur ki, həmin avadanlığın quraşdırılması bu işləri daha da sürətləndirəcək. “Neft Daşları” yatağında da mühüm tədbirlər həyata keçirilir. Yataqdakı 2585 saylı özüldən növbəti 8 quyunun qazılması üçün maneçilik törədən mövcud texnoloji xətlərin və avadanlıqların köçürülməsi və yenidən qurulması işləri davam etdirilir. N.Nərimanov adına NQÇİ-nin 2 saylı qazma məntəqəsinin tikintisi işləri çərçivəsində 4 ədəd dayaq bloku və digər metal konstruksiyalar (aralıq seksiyaları, yanalma meydançaları və s.) tikinti nöqtəsinə nəql olunmuşdur. Növbəti mərhələdə isə daha 2 ədəd dayaq blokunun nəqli planlaşdırılır. Neft-qaz infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir",- deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi