​"Azneft"in İdarəsində xidməti sahələr təmir olunur

​"Azneft"in İdarəsində xidməti sahələr təmir olunur Hazırda Qala sahəsindəki neft yığım məntəqəsində daha iki 150 kubmetrlik neft çəninin təmiri davam etdirilir
Energetika
18 İyul , 2016 15:21
​Azneftin İdarəsində xidməti sahələr təmir olunur

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sexinin Qala sahəsindəki neft yığım məntəqəsində 2 ədəd 60 kubmetrlik çən əsaslı şəkildə təmir olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, burada armatur karkas qurulub, qəliblənib və beton tökülüb.

Hazırda Qala sahəsindəki neft yığım məntəqəsində daha iki 150 kubmetrlik neft çəninin təmiri davam etdirilir. Siyirtmələr quraşdırılıb, boru xətləri və klapanların quraşdırılması işi isə başa çatmaq üzrədir. İdarənin Qala sahəsində yerləşən mərkəzi anbar binasının və Buzovna sahəsində yerləşən 491 saylı yarımstansiyanın dam örtüyü də əsaslı şəkildə təmir olunaraq istismara verilib. Təmir zamanı taxta dam konstruksiyaları qurulub və metal şiferlər vurulub.