"Azneft"in elektrik avadanlıqları alması üçün tender elan olunub

"Azneft"in elektrik avadanlıqları alması üçün tender elan olunub Satınalma müqaviləsinin maksimum 90 gün müddətinə yerinə yetirilməsi tələb olunur
Energetika
23 İyun , 2016 09:40
Azneftin elektrik avadanlıqları alması üçün tender elan olunub

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin elektrik avadanlıqlara olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edib. “Report”un əldə etdiyi məlumata görə, müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi iyulun 1-dək Azərbaycan və ya rus dillərində təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla iyulun 14-dək, saat 09:50-yə qədər zərflərin açılış zalında satınalma ekspertinə təqdim edilməlidir. İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər lot-1 üzrə 500 manat, lot-2 üzrə 150 manat, lot-3 üzrə 150 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını ödədikdən sonra ala bilərlər. Zərflərin açılışı iyulun 14-ü saat 10:00-da baş tutacaq.

Satınalma müqaviləsinin maksimum 90 gün müddətinə yerinə yetirilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi