“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər

“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.
Energetika
30 Avqust , 2019 11:35
“Azneft” İstehsalat Birliyinin dalğıcları Müdafiə Nazirliyi tərəfindən təltif ediliblər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

“Azneft”dən “Report”a verilən məlumata görə, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.

Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim olunması mərasimi keçirilib. “Azneft” İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.

Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi