“Azneft“ İstehsalat Birliyində gənc neftçi kadrları ilə görüş keçirilib

“Azneft“ İstehsalat Birliyində gənc neftçi kadrları ilə görüş keçirilib Tədbirdə “Neftin nəqlə hazırlanması” və “Quyuların daha səmərəli istismarı üçün avadanlıq və texnologiyalar” mövzusunda mühazirələr dinlənilib
Energetika
17 Mart , 2016 11:57
“Azneft“ İstehsalat Birliyində gənc neftçi kadrları ilə görüş keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft“ İstehsalat Birliyində gənc neftçilərlə “Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi” mövzusunda növbəti görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə gənclərin rəqabət qabiliyyətliliyinin artırılması və peşə-ixtisas təhsili ilə iş mühiti arasındakı uyğunluğun təmin olunması məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib, onların keyfiyyətli və peşəkar kadr kimi hazırlanması istiqamətində məqsədyönlü iş aparıldığı qeyd olunub. Bildirilib ki, Birliyin idarə və müəssisələrində çalışan gənc mütəxəsisləri elmi-texniki yeniliklərlə tanış etmək, eləcə də onların potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, peşə biliklərinin artırılması məqsədilə mütəmadi olaraq peşəkar mütəxəssislər və tanınmış elm xadimləri ilə görüşlər təşkil edilir, seminarlar keçirilir. Tədbirdə “Neftin nəqlə hazırlanması” və “Quyuların daha səmərəli istismarı üçün avadanlıq və texnologiyalar” mövzusunda mühazirələr dinlənilib.

Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi