“Azneft”də əməyin mühafizəsi üzrə seminar keçirilib

“Azneft”də əməyin mühafizəsi üzrə seminar keçirilib Əməyin mühafizəsi istiqamətində görülən işlərə hər kəsin cəlb edilməsinin vacibliyi qeyd olunub
Energetika
30 Sentyabr , 2016 11:01
“Azneft”də əməyin mühafizəsi üzrə seminar keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Davranış və Təhlükəsizliyin Müşahidə Sistemi” mövzusunda növbəti seminar keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov son illər əməyin mühafizəsi sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən danışıb.

O, təhlükəsiz iş mədəniyyətinin yüksəldilməsi, işçilər arasında təhlükəsizlik və davranış qaydalarının beynəlxalq standartlara uyğun inteqrasiya etdirilməsi, bu məqsədlə maarifləndirmə tədbirlərinin aparılması işlərinin əhəmiyyətini qeyd edib, 2011-ci ildən Birliyinin bütün struktur təşkilatlarında Davranış və Təhlükəsizliyin Müşahidə Sisteminin tətbiq olunduğunu bildirib.

Əməyin mühafizəsi istiqamətində görülən işlərə hər kəsin cəlb edilməsi, baş verə biləcək qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üçün bu sistemin tətbiqinin vacibliyi diqqətə çatdırılıb, sistemin təkmilləşdirilməsinin, maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi