Yuxarı

​“Azneft”də yeni proqram təminatlarının tətbiqinə start verilib

Bu proqramların tətbiqi effektivliyin artırılması məqsədi daşıyır

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində bu ildən başlayaraq effektivliyin artırılması məqsədilə bir sıra yeni proqramların tətbiqinə start verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlardan biri “Neft və qazın hesabatı” proqramıdır.

Bu proqram vasitəsilə neft və qazın müvafiq parametrləri (təzyiq, sərf və s.) sistemə daxil edilməklə Birlik üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır.

Neft və qazın dəyişmə dinamikasına (cədvəl və qrafik formasında) real vaxt rejimində (online) nəzarət etmək mümkündür. Yeni istifadə olunan digər bir proqram “Xidmətin idarə edilməsi”- “İş sifarişi” proqramıdır.

Bu, yerinə yetirilən işlər haqqında məlumatların kompüter bazasında saxlanması sistemidir və işçilərə gündəlik vəzifələrini yerinə yetirməkdə yardım üçün nəzərdə tutulub və cari ildə tətbiqinə başlanılan “Gəmi saatları”nın hesabatı proqramı vasitəsilə SOCAR üzrə sifariş olunan gəmilərin iş saatları sistemə daxil edilir, gəmi və gəmi növləri üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır, müxtəlif kalkusiyalarda istifadə olunur. Tətbiq edilən “Əmək şəraiti və tikintiyə nəzarət” proqramı isə “Azneft” İstehsalat Birliyinin struktur bölmələrində əmək şəraitinə və tikinti işlərinə nəzarəti gücləndirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi