​“Azneft”də yarımillik istehsalat göstəriciləri müzakirə olunub

​“Azneft”də yarımillik istehsalat göstəriciləri müzakirə olunub Bu ilin sonuna kimi işçilərin fəaliyyəti qiymətləndiriləcək
Energetika
3 Avqust , 2016 14:37
​“Azneft”də yarımillik istehsalat göstəriciləri müzakirə olunub

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2016-cı ilin I yarımili üzrə istehsalat göstəricilərinə dair iclas keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Birliyin baş direktorunun qazma, quyuların təmiri və nəqliyyat işləri üzrə müavini Rüstəm Zeynalov məruzəsində həyata keçirilən qazma işləri haqqında məlumat verib.

O bildirib ki, bu ilin əvvəlindən 34 quyuda qazma işlərinə başlanılıb, 26 quyuda qazma işləri yekunlaşıb, 28 quyu isə tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. R.Zeynalov 2016-cı ildə 72 quyunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib. 

Kapital qoyuluşları və layihələrin idarə olunması barədə məlumat verən baş direktorun tikinti işləri üzrə müavini Əlimusa Quliyev bu il ərzində 204 obyektdə cari, 15 obyektdə isə əsaslı təmir işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. O, 9 özüldə tikinti işlərinin davam etdirildiyini bildirib. 

Əməyin mühafizəsi üzrə baş direktorun müavini Cəlair Səmədov istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən danışıb, işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, maarifləndirmə işlərindən bəhs edib, neftçilərin təhlükəsizliyinin təmin olunmasının Birlik üçün ən vacib amillərdən biri olduğunu vurğulayıb.

“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov tədbirə yekun vuraraq, neft-qaz hasilatının artırılması üçün bütün sahələrdə tətbiq edilən yeni metodların əhəmiyyətini qeyd edib, qazma, tikinti və texniki təhlükəsizlik sahələrində mütəmadi olaraq tədqiqatlar aparılmasının vacibliyini, Birlik tərəfindən qazma prosesinə nəzarət olunması üçün obyektlərə təyin olunmuş mütəxəssislərin keyfiyyətli quyu təhvil alınmasında böyük rol oynayacağına ümidvar olduğunu deyib. 

O, texniki təhlükəsizlik baxımından istehsalat sahələrinin mütəmadi yoxlanılmasının vacibliyini, həmçinin bu ilin sonuna kimi işçilərin fəaliyyətinin qiymətləndiriləcəyini və bu qiymətləndirmə əsasında karyera yüksəlişinin mümkün olacağını qeyd edib, hər bir işçi barəsində məlumat bazasının yaradılacağını, il ərzində işçilərin performans dərəcələndirilməsinin aparılacağını söyləyib. 

Son xəbərlər

Orphus sistemi