Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Riskin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, seminarda istehsalat sahələrində təhlükə mənbələrinin, həmçinin təhlükə risklərinin aşkarlanması, təhlil edilərək qiymətləndirilməsi, onların aradan qaldırılması istiqamətində beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilən tədbirlər və digər məsələlər müzakirə edilib.
Birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov bu sahədə görülən işləri yüksək qiymətləndirib və bildirib ki, risklərin idarə olunması ilə bağlı "Azneft"in idarə və müəssisələrində maarifləndirmə tədbirləri bundan sonra da geniş şəkildə həyata keçiriləcək.