"Azneft"də qazmanın yeni yanaşma üsulları müzakirə olunub

"Azneft"də qazmanın yeni yanaşma üsulları müzakirə olunub “Bulla-dəniz” yatağında 123 nömrəli quyunun qazma layihəsi müzakirə edilib
Energetika
12 Dekabr , 2016 14:53
Azneftdə qazmanın yeni yanaşma üsulları müzakirə olunub

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Bulla-dəniz” yatağında 123 nömrəli quyunun qazma layihəsi müzakirə olunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, qazma prosesinin optimallaşdırılması və keyfiyyəti barədə fikir mübadiləsi aparılıb, “Bulla-dəniz” yatağında qazılmış quyulardan əldə edilmiş təcrübənin 123 nömrəli quyuda da tətbiq olunması razılaşdırılıb. Bildirilib ki, indiyə kimi qazanılmış təcrübə təkmilləşdirilərək 123 nömrəli quyunun qazılması işində tətbiq olunmalıdır. Bunun üçün təklif olunan yeni konsepsiyada işçilərin və ətraf mühitin mühafizəsi, hesabatlılıq, şəffaflıq, motivasiya və mükəmməllik kimi dəyərlər xüsusi qeyd olunub. 123 nömrəli quyunun yeni yanaşma və üsullarla qazılması layihəsinin uzunmüddətli perspektivdə SOCAR-ın dünya səviyyəli “upstream operatoru”na çevrilmək planının ilk addımlarından biri olduğu vurğulanıb. 

Tədbirdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, podratçı “Haliburton” və “Schlumberger” şirkətlərinin nümayəndələri və aparıcı mütəxəssislər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi