"Azneft"də "Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı Proqramı" çərçivəsində seminar keçirilib

"Azneft"də "Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı Proqramı" çərçivəsində seminar keçirilib ​Seminarda bir neçə mövzuda mühazirələr dinlənilib
Energetika
26 Noyabr , 2015 19:30
Azneftdə Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı Proqramı çərçivəsində seminar keçirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı Proqramı” çərçivəsində növbəti, sayca səkkizinci seminar keçirilib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məlumatda qeyd edilib ki, 2014-cü ilin əvvəlindən start götürmüş proqram silsilə seminarlar vasitəsilə həyata keçirilir və bu proqram birlikdə çalışan gənc mütəxəssislərə müasir idarəetmə üsullarını öyrətməklə yanaşı, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərir.

Hazırda Azərbaycanda yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb, bunun üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.

Bildirilib ki, “Azneft” İstehsalat Birliyində mütərəqqi texnologiyaların tətbiq olunduğu avadanlıqların xüsusiyyətlərini, eləcə də elektron-kompüter sistemi üzrə idarə olunan mürəkkəb prosesləri mükəmməl mənimsəyən istedadlı gənc mütəxəssislərə daha geniş yer verilir, təşəbbüskar, məsuliyyətli və yaradıcılı gənclərin irəli vəzifələrə çəkilir, onlara potensial imkanlarını realizə edə biləcəkləri postlar təklif olunur.

Seminarda “Təmir-təcrid işləri, quyuların sementlənməsi”, “Bulla-dəniz” yatağında qazılan quyularda yaranan çətinliklər” və “Quyuiçi və quyuüstü avadanlıqlar, quyuların mənilsənilməsində yarana bilən mürəkkəbləşmələr” mövzularında mühazirələr dinlənilib.

Son xəbərlər

Orphus sistemi