Yuxarı

“Azneft”də gənc mütəxəssislər üçün seminar keçirilib

Seminarda bir neçə mövzuda mühazirələr dinlənilib

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı” çərçivəsində növbəti seminar keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, seminarda hazırda ölkədə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb, bunun üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.

Qeyd olunub ki, cari ilin əvvəlindən start götürmüş Proqram silsilə seminarlar vasitəsilə həyata keçirilir və İstehsalat Birliyində çalışan gənc mütəxəssislərə müasir idarəetmə üsullarını öyrətməklə yanaşı, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərir. “Azneft” İB-də savadlı, mütəşəkkil iş keyfiyyətlərinə, müasir potensiala malik gənclərin irəli çəkilməsi daim diqqət mərkəzindədir. Gənclərə potensial imkanlarını realizə edə bilmələri üçün imkanlar yaradılır.

Seminarda “Azərbaycanın quru-dəniz sahələri üzrə axtarış-kəşfiyyat işlərinin istiqamətləri”, “Quyularda izolə işləri” və “Quyularda qəzaların ləğv edilməsi üçün işlənmiş yeni texnika, texnologiyalar və perspektiv istiqamətlər” mövzularında mühazirələr dinlənilib. Sonda gənc mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi