“Azneft”də gələn il üçün planlaşdırılan işlərə dair müşavirə keçirilib

“Azneft”də gələn il üçün planlaşdırılan işlərə dair müşavirə keçirilib Müşavirədə bu ilin 11 ayı ərzində yerinə yetirilmiş işlər müzakirə olunub
Energetika
5 Dekabr , 2016 15:27
“Azneft”də gələn il üçün planlaşdırılan işlərə dair müşavirə keçirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində bu ilin yanvar-noyabr ayları ərzində yerinə yetirilmiş işlərə, 2017-ci il üçün tələb olunan avadanlıq və mal-material təminatına, planlaşdırılan tədbirlərə həsr olunmuş müşavirə keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, müşavirədə Birliyin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin əməkdaşları, struktur təşkilatların metroloqları və avtomatika üzrə mütəxəssisləri iştirak ediblər. 

Tədbirdə İB-in obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət, təmir plan qrafiklərinin tərtibatı, icra vəziyyəti, kənar təşkilatların işinə nəzarət və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə edilib, 2016-cı ilin 11 ayı ərzində yerinə yetirilən işlər təhlil olunaraq qiymətləndirilib. 

Sonra 2017-ci il üzrə planlaşdırılan işlər, tərtib olunmuş sifarişlərin yerinə yerinə yetirilmə vəziyyəti haqqında hesabatlar dinlənilib. İstehsalat proseslərinin təhlükəsiz və fasiləsiz istismarını təmin etmək məqsədilə, tətbiq olunan avadanlıq və sistemlərə tələb olunan səviyyədə texniki və təmir xidmətinin göstərilməsi və səmərəliliyin artırılması məqsədi ilə istehsalat sahələrində çalışan mühəndis-texniki işçilərin bilik və təcrübələrinin daha da artırılması istiqamətində işlərin aparılmasının zəruriliyi qeyd olunub.