“Azneft”də əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair müşavirə keçirilib

“Azneft”də əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair müşavirə keçirilib Müşavirədə Daşqın İskəndərov neft-qaz təsərrüfatında iş şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb
Energetika
13 İyul , 2017 12:05
“Azneft”də əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair müşavirə keçirilib

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft“ İstehsalat Birliyində əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair müşavirə keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, müşavirədə Birliyin baş direktoru Daşqın İskəndərov neft-qaz təsərrüfatında iş şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, əməyin təhlükəsizliyi, mədən və özüllərdə, estakada və meydançalarda təhlükəsiz iş şəraitinin yaradılması kimi vacib məsələlərin daim diqqət mərkəzində saxlanıldığını, istehsalatda insan amilinə, neftçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini bildiribr. Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov cari ilin 6 ayında əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında məlumat verib, neft və qazçıxarma sahələrində işçilərin maarifləndirilməsinin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, işin icrasına başlamadan öncə mütləq təhlükəsizliyin təmin olunması üçün hazırlıq mərhələsi keçirilməli, risklər qiymətləndirilməli, bundan sonra işə icazə vərəqəsi ilə icraata başlanılmalıdır. 

Sonda istehsalat sahələrində əməyin təhlükəsizliyi üzrə mütəmadi maarifləndirmə işlərinin aparılması və təlimlərinin keçirilməsinin, sahələrdə əməliyyatlar keçirən kənar təşkilatların icra işlərinə ciddi nəzarət edilməsinin vacibliyi vurğulanıb.                              

Son xəbərlər

Orphus sistemi