​"Azneft”də əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib

​"Azneft”də əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib Baş direktorun müavini sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində tədbirlərin həyata keçirildiyini söyləyib
Energetika
10 Avqust , 2016 12:57
​Azneft”də əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2016-cı ilin I yarısında əməyin mühafizəsi üzrə hesabat müşavirəsi keçirilib.

"Report"a Birlikdən verilən məlumata görə, baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov, “Azneft” İB-nin 2016-cı ilin ötən dövrü ərzində istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd edib. Baş direktorun müavini sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində çoxsaylı tədbirlərin həyata keçirildiyini söyləyib.

Daha sonra Birliyin əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov çıxış edərək hesabat dövrü ərzində əməyin mühafizəsi sahəsində görülmüş işlər haqqında hesabat verib. O, struktur vahidlərində mütəmadi yoxlamaların aparıldığını, aşkar olunmuş nöqsan və pozuntu hallarının qısa zamanda aradan qaldırıldığını qeyd edib.

Hesabat dövrü ərzində işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə maarifləndirmə işlərinin artırılmasından, biliklərin yoxlanılmasından və aparılmış yoxlamaların nəticələrindən, aşkarlanmış nöqsanların təkrarlanmaması üçün görülmüş qabaqlayıcı tədbirlərdən danışılıb, nəzarət tədbirlərin gücləndirilməsi sahəsində görülən işlər qeyd olunub.

İclasın sonunda C.Səmədov İstehsalat Birliyində və struktur təşkilatlarda maarifləndirmə işlərinin bundan sonra da geniş formada aparılacağını bəyan edib, tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi