Yuxarı

​"Azneft" bu il yeni quyulardan 118,7 min ton neft çıxarıb

Neft hasilatı proqnozdan 1,5%, qaz hasilatı 7,9% artıq olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində nəzərdə tutulmuş 5 mln. 93,5 min tona qarşı 5 mln. 162,5 min ton neft hasil edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu da proqnozdan 1,5% artıqdır.

Həmin dövrdə 4,3 mlrd. kubmetrə qarşı 4,6 mlrd. kubmetr qaz hasil edilib ki, qaz hasilatı proqnozu 7,9% üstələyib.

Bu ilin 9 ayında fəaliyyətsiz quyu fondundan 83 quyu istismara qaytarılıb, bu quyulardan əlavə 39,5 min ton neft alınıb. İlin əvvəlindən 558 geoloji, texniki və texnoloji tədbir həyata keçirilib, nəticədə əlavə olaraq 239 min tona yaxın neft hasil edilib.

Qazma işlərinin həcmi genişləndirilib, Birliyin sifarişi əsasında 56 quyu qazılaraq istismara verilib. Yeni quyulardan 118,7 min ton neft çıxarılıb.          

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi