“Azneft” bu il proqnozdan 3% artıq qaz hasil edib

“Azneft” bu il proqnozdan 3% artıq qaz hasil edib Neft hasilatı proqnozdan 0,3% çox olub
Energetika
16 Mart , 2016 11:44
“Azneft” bu il proqnozdan 3% artıq qaz hasil edib

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 1 mln. 37,8 min ton neft hasil edilib.

İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, ilin iki ayında hasilat planı 1 mln. 34,4 min ton təşkil edib ki, tapşırığa 0,3% artıq  əməl olunub.

Məlumata görə, ilin 2 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. Belə ki, 2016-cı ilin müvafiq dövrü ərzində 917,140 mln. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 944,609 mln. kubmetrə bərabər olub. Plan 103% yerinə yetirilib.

"Azneft"dən bildirilib ki, ötən 2 ay ərzində fəaliyyətsiz quyu fondundan 27 quyu istismara qaytarılıb. Bu quyulardan 629 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3956 ton neft alınıb ki, bu da plandan 3327 ton çoxdur.

"Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 114 geoloji tədbir keçirilib, nəticədə 7343 ton neft hasil edilib ki, bu da plana qarşı 34 tədbir çox və 1053 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə,6138 ton plana qarşı 7743 ton neft hasil edilib" - ,İstehsalat Birliyindən qeyd olunub.

Bildirilib ki, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu ay da uğurla davam etdirilib: "Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, fevral ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 9 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 3704 ton neft hasil edilib".

Son xəbərlər

Orphus sistemi