Yuxarı

​"Azneft": "Günəşli" platformasının fəaliyyəti tam bərpa ediləcək - YENİLƏNİB

Balamirzə Ağarəhimov: Öncə yararsız avadanlıqların demonrtajı və quyuların montajı baş verəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ "5 nörməli platformada aparılan müşavirədə növbəti addımların hansı istiqamətdə aparılacağı müzakirə olunur. Qərargahın 10 nömrəli platformaya köçürülməsi ilə əlaqədar işlər davam edir. Qurumların rəhbərliyi vəziyyətə uyğun qərar verəcək". Bunu "Azneft" İstehsalat Birliyinin rəis müavini Balamirzə Ağarəhimov jurnalistlərə deyib.

*** 11:30

"Hazırda dövlət səviyyəsində digər ölkələrlə koordinasiya yaradılıb. Saat 11:00-a qədər onlarda da heç bir dəyişiklik olmayıb". "Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin rəis müavini Balamirzə Ağarəhimov bildirib.

"Azneft" rəsmisinin sözlərinə görə, "Günəşli" yatağındakı 10№-li platformada yanğın söndürüləndən sonra quyu fəaliyyətini tam bərpa edəcək: "Biz artıq dünəndən bu işlərə paralel hazırlaşırıq. Bir yerdə yanğın olması platformanın itirilməsi demək deyil. Öncə yararsız hala düşmüş avadanlıqların demontajı və quyuların montajı baş verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi