​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb - YENİLƏNİB

​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb - YENİLƏNİB "AzMeCo" Rusiyadan ildə 2 mlrd. kubmetr qaz alacaq
Energetika
11 Sentyabr , 2015 16:17
​AzMeCo və Qazprom arasında müqavilə imzalanıb - YENİLƏNİB

İlk xəbər saat 16:04-də verilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda "AzMeCo" (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb.

"Report" xəbər verir ki, müqaviləni "AzMeCo" şirkəti Direktorlar Şurasının sədri Nizami Piriyev və "Qazprom eksport" şirkətinin baş direktoru Yelena Burmistrova imzalayıblar.

Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı "AzMeCo" şirkətinə satacaq. Bu həcmdə qazla "AzMeCo"nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

***

"Qazprom"un qaz nəqlinə yaxın vaxtlarda başlayacağı gözlənilir.

Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan "AzMeCo"nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər "AzMeCo" 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi