Azərbaycan neftinin qiyməti 48 dolları keçib

Azərbaycan neftinin qiyməti 48 dolları keçib "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 3,3% artaraq 48,09 dollara çatıb
Energetika
71
29 Aprel , 2016 08:26
Azərbaycan neftinin qiyməti 48 dolları keçib

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,53 dollar yaxud 3,29% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,09 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.