"Azərişıq" Suqovuşanı elektrik enerjisi ilə təmin edib

"Azərişıq" Suqovuşanı elektrik enerjisi ilə təmin edib İşğaldan azad olunmuş qəsəbəyə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektik enerisi verilib
Energetika
20 May , 2021 18:47
Azərişıq Suqovuşanı elektrik enerjisi ilə təmin edib

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerisi verilib.

"Report" bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, qurum işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izoliyasiyalı kabellə çəkilib.

Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən:

  • Xəttin texniki itkilərini 2,3 dəfə
  • illik qəza və planlı açılmalar sayını 25-30 dəfə
  • sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə
  • istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə
  • istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.

Ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Artıq Qəsəbə elektrik enerjisi ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi