“Azəristiliktəchizat”: "Bu gündən istiliyin verilməsinə başlanılıb"

“Azəristiliktəchizat”: "Bu gündən istiliyin verilməsinə başlanılıb" Bu gündən etibarən Bakı şəhərində və digər ərazilərdə yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb.
Energetika
15 Noyabr , 2021 10:36
“Azəristiliktəchizat”: Bu gündən istiliyin verilməsinə başlanılıb

Bu gündən etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb.

Bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, gün ərzində qoşulmalar tamamlanacaq.

Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib. 2021-2022-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi