"Azərişıq" xarici kredit çərçivəsində ilk tenderini elan edib

"Azərişıq" xarici kredit çərçivəsində ilk tenderini elan edib Müsabiqə iki lot üzrə keçirilir, sənədlər aprelin 5-dək qəbul olunacaq
Energetika
19 Fevral , 2016 14:03
Azərişıq xarici kredit çərçivəsində ilk tenderini elan edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Azərişıq" ASC "Elektrik enerjisi paylayıcı şəbəkəsinin genişləndirilməsi İnvestisiya Proqramı" çərçivəsində iki lot üzrə tender elan edib. "Report"un əldə etdiyi məlumata görə, tender üzrə sənəd qəbulunun son tarixi aprelin 5-i saat 16:00 müəyyən edilib.

Birinci lot üzrə Mərkəzi Aran RETSİ-yə tabe olan 110/35/10 kV-luq Dəliməmmədli yarımstansiyasının, ikinci lot üzrə isə Qərb RETSİ-yə tabe olan 110/35/10 kV-luq Maşınqayırma yarımstansiyasının layihələndirilməsi, tikintisi və tamamlanması nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər 400 ABŞ dolları yaxud 640 manat geri ödənilməyən iştirak haqqını "Azərişığ"ın bank hesabına köçürməklə yaxud birbaşa ödəniş etməklə öz iddiaçı olduqlarını təsdiq edə bilərlər. Bu məbləği ödəyən iddiaçılar lazımi sənədləri "Azərişıq"ın ofisindən götürə bilərlər.

Qurum sənədlərin iddiaçıya kuryer vasitəsi ilə çatdırılması xidmətini də təklif edir ki, bunun üçün isə əlavə olaraq iddiaçılar 100 ABŞ dolları yaxud 160 manat ödəməlidir.

Lot-1 üzrə iddiaçıların son 3 ildə minimal orta illik tikinti dövriyyəsi 14,4 mln. ABŞ dolları olmalı, 3,2 mln. dollar məbləğində nağd vəsaiti, pul vəsaiti tələbinə cavab verə bilmək üçün likvid aktivləri, istifadə edilməmiş real aktivləri, kredit xətti və digər maliyyə vasitələri kimi maliyyə mənbəyinin mövcudluğu yaxud onu əldə etmək imkanı olmalı, son 5 ildə iştirak payı hər biri üçün 7,7 mln. dollardan artıq olan uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak təcrübəsi olmalıdır.

Lot-2 üzrə iddiaçıların son 3 ildə minimal orta illik tikinti dövriyyəsi 14,7 mln.dollar olmalı, 3,3 mln. dollar məbləğində nağd vəsaiti, pul vəsaiti tələbinə cavab verə bilmək üçün likvid aktivləri, istifadə edilməmiş real aktivləri, kredit xətti və digər maliyyə vasitələri kimi maliyyə mənbəyinin mövcudluğu yaxud onu əldə etmək imkanı olmalı, son 5 ildə iştirak payı hər biri üçün 7,9 mln. dollardan artıq olan uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak təcrübəsi olmalıdır.

Hər iki lot üzrə stansiyaların layihələndirilməsi, tikintisi və tamamlanması üçün elan edilən tenderdə iştirak etmək istəyən iddiaçıların son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi 29,1 mln. dollar olmalı, 6,5 mln. dollar məbləğində nağd vəsaiti, pul vəsaiti tələbinə cavab verə bilmək üçün likvid aktivləri, istifadə edilməmiş real aktivləri, kredit xətti və digər maliyyə vasitələri kimi maliyyə mənbəyinin mövcudluğu yaxud onu əldə etmək imkanı olmalı, son 5 il ərzində iştirak payı hər biri üçün 15,6 mln. dollardan artıq uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqaviləsi olmalıdır.

İddiaçılardan ilk lotda 192 min dollar, ikincə lotda 197 min dollar, hər iki lot üzrə isə 389 min dollar dəyərində və ya buna ekvivalent olan digər dönərli valyutada tender zəmanəti tələb edilir.

Qeyd edək ki, Azərbaycan hökuməti "Elektrik enerjisi paylayıcı şəbəkəsinin genişləndirilməsi İnvestisiya Proqramı"nın maliyyələşməsi məqsədi ilə Çoxtranşlı Maliyyə Mexanizminin (ÇMM) ayrılması ilə bağlı Asiya İnkişaf Bankına (ADB) müraciət edib. Proqram 3 ardıcıl tranş layihəsini əhatə edir. Ötən il mayın 5-də isə "Azərşıq"la ADB arasında maliyyə naziri Samir Şərifovun iştirakı ilə 1 mlrd. dollarlıq yardımın ayrılması ilə bağlı anlaşma memorandumu imzalanıb. İlkin şərtlərə əsasən, ayrılacaq 1 mlrd. dollar kreditin 25%-ni Azərbaycan hökuməti, 75%-ni isə ADB verəcək.

Son xəbərlər

Orphus sistemi