“Azərişıq” və “Azərenerji”nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

“Azərişıq” və “Azərenerji”nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar “Azərenerji” və “Azərişıq” birgə məlumat yayıb
Energetika
19 Mart , 2019 15:17
“Azərişıq” və “Azərenerji”nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Bu barədə “Report” “Azərenerji” və “Azərişıq” ASC-nin birgə yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, bu məqsədlə enerji sisteminin dayanıqlığını və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən, hər iki səhmdar cəmiyyətin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Son xəbərlər

Orphus sistemi