“Azərişıq”: Texniki itkilər azalıb

“Azərişıq”: Texniki itkilər azalıb “2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirildi. Paytaxtda isə bu göstərici 7,5% təşkil etdi”.
Energetika
4 Aprel , 2019 11:17
“Azərişıq”: Texniki itkilər azalıb

“2015-ci ildə “Azərişıq” ASC yaradılanda şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirildi. Paytaxtda isə bu göstərici 7,5% təşkil etdi”.

“Report”un məlumatına görə, bunu qurumun Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

“Bu gün də “Azərişıq” texniki itkiləri azalması, elektrik enerjisinə tələbatın süni şəkildə artması istiqamətində işləri davam etdirir. Bunun üçün kabelləşmə işləri aparılır, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 mln. abunəçi yeni sayğacla (balans sayğacı) ilə təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2% azalmasına nail olacağıq. Amma bunun üçün maliyyə vəsaiti tələb olunur. Buna görə də, yığım səviyyəsini qaldırmaq lazımdır”, - o qeyd edib.

Bundan başqa, “Azərişıq” rəsmisinin sözlərinə görə, Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparılıb: “4 500 kənd var. Son 4 ildə 400 kənddə layihələndirmə olub”. 

Son xəbərlər

Orphus sistemi