“Azərişıq” tender keçirir

“Azərişıq” tender keçirir Bundan başqa, daha bir tenderin müddətini uzadılıb
Energetika
1341
17 Fevral , 2017 09:55
“Azərişıq” tender keçirir

Bakı. 17 fevral. REPORT.AZ/ “Azərişıq” ASC elektrik enerjisi təchizatı işlərinin satın alınması üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender iki lot üzrə keçirilir. Bu, Hacıqabul və Şamaxı rayonlarında yaradılacaq aqroparkın elektrik təchizatı işlərinin (lot-1) və Ağ Şəhər layihəsi çərçivəsində elektrik enerjisi təchizatı işlərinin (lot-2) satın alınmasıdır.

Tenderdə iştirak haqqı I lot üzrə 300 manat, II lot üzrə isə 600 manatdır. İddiaçılar ilkin sənədləri martın 2-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə martın 14-nə qədər “Azərişığ”ın Bakı şəhəri, Bakıxanov küçəsi,13 ünvanında yerləşən Ümumi işlər İdarəsinə təqdim etməlidirlər.

Təkliflərə martın 15-də, saat 15:00-da ASC-nin Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi,8 ünvanında yerləşən inzibati binasında baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bundan başqa, “Azərişıq” Bakı və regionlarda 35 kV-luq yarımstansiyanın tikintisi və yenidən qurulması üzrə işlərin satın alınması məqsədi ilə ötən il dekabrın 28-də elan etdiyi açıq tenderin müddətini uzadıb. Buna səbəb tender üzrə müraciət etmiş şirkətlərin sayının 3-dən az olmasıdır. Odur ki, tender təkliflərinin açılış vaxtı fevralın 20-si saat 15:00-dan aprelin 4-ü saat 15:00-a keçirilib. İddiaçılar ilkin sənədləri martın 29-na qədər, tender təkllifi və bank təminatını isə aprelin 6-na qədər ASC-nin Ümumi işlər İdarəsinə təqdim edə bilərlər.