"Azərişıq": "Şuşanın rəqəmsal əkizi yaradılıb"

"Azərişıq": "Şuşanın rəqəmsal əkizi yaradılıb" Azərişıq" ASC malik olduğu xüsusi proqram təmanatı var Şuşanın 3D xəritəsini çəkib.
Energetika
27 May , 2022 11:09
Azərişıq: Şuşanın rəqəmsal əkizi yaradılıb

"Azərişıq" ASC malik olduğu xüsusi proqram təmanatı var Şuşanın 3D xəritəsini çəkib.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin innovasiyalar və 3D mobil xəritəsi üzrə məsləhətçisi Elşən Musayev bildirib.

O, bu barədə Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında danışıb.

“Bu gün “Azərışıq”ın tətbiq etdiyi texnologiya "TEKNOFEST"də heç kimdə yoxdu. Şuşanın küçələrinin hamısı 3D xəritədə yer alıb. Bütün ərazilər maşınla gəzilib və “skanner”lə çəkilib, 360 dərəcəli görüntümüz var. Bizim “Leica Pegasus 2 Ultimate” avadanlığımız saniyədə 1 milyon nöqtə vurur. Bütün Şuşa bizdə nöqtə buludu və panorama şəklində mövcuddur. Bu o deməkdir ki, biz Şuşanın rəqəmsal əkizini ("Digital tweening") yaratmışıq. Sabah hansısa tikinti və yaxud yeni layihələndirmə işləri üçün Şuşaya getməyə ehtiyac olmayacaq. Biz APİ (Application Programming Interface - Tətbiq proqramlaşdırma interfeysi) ilə statistik məlumatları istənilən investora göstərə bilərik”, - deyə E.Musayev qeyd edib.

Onun sözlərinə görə, yeni texnologiya xərcləri azaldır, optimallaşdırır, işi şəffaflaşdırır.

"Prezident keçən dəfə Zəngilanla bağlı pasportlaşmadan danışırdı. Bu texnologiya ilə bütün infrastrukturu görmək olur. Dirəklərdir, binalardı və s. bütün bunların pasportlaşması tam rahat şəkildə baş verir. Burada ən vacib olan odur ki, biz obyektin hansı koordinatda olduğunu görürük. “Google” Azərbaycanın dəqiq xəritəsini heç vaxt çəkməyib. Bizdə olan kimi dəqiq koordinat yoxdur. Zaqatala, Qəbələ, Gəncə, Quba, Xaçmaz və Xırdalanın 3D xəritəsi çəkilib. “Azərişıq” yavaş-yavaş bu işləri görür. Biz lahiyəni icra edərkən birinci mərhələdə xarici ekspertlərin təcrübəsindən istifadə etdik. Bu gün “Azərişığ”ın işçiləri bununla məşğul olur”, - E.Musayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi