Yuxarı

"​Azərişıq": Son 10 ildə orta aylıq əmək haqqı 84% artıb

Bu vaxta qədər şəbəkə üzrə ümumilikdə 1,325 mln.-a yaxın yeni tip elektron sayğaclar quraşdırılıb

Bakı. 9 avqust. REPORT.AZ/ “Azərişıq” ASC-nin faydalı elektrik enerjisinə görə yığımı ölkə üzrə 87%, o, cümlədən Bakı şəhəri üzrə 98,3% təşkil edir. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişığ”ın yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11 111 MVA-ya qaldırılıb. Bu ilin sonuna 12 561 MVA təşkil edəcək. “Report” xəbər verir ki, bu barədə qurumun yaranmasının 10 illiyi ilə bağlı yayılan məlumatda qeyd edilib.

Məlumatda deyilir ki, bu vaxta qədər quraşdırılan yeni tip elektron sayğacların sayı təxminən 1,325 mln.-a çatıb: “Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb. Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib. “Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4%-ə endirilib. İşçilərin orta aylıq əmək haqları 2006-cı ildə 340 manat, 2016-cı ildə 625 manat, o, cümlədən Bakı regionu üzrə 570 manat, ölkənin rayonları üzrə 418 manat təşkil edir".

Qurum həmçinin vergi öhdəliklərinin tam yerinə yetirildiyini də açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilib. Dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi