“Azərişıq” Salyanda işə qəbul müsabiqəsi keçirib

“Azərişıq” Salyanda işə qəbul müsabiqəsi keçirib Bakı. 20 apreıpl. REPORT.AZ/ “Azərişıq”ASC Regonların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq Salyan rayonunda işə qəbul müsabiqəsi keçirib.
Energetika
20 Aprel , 2018 13:39
“Azərişıq” Salyanda işə qəbul müsabiqəsi keçirib

Bakı. 20 apreıpl. REPORT.AZ/ “Azərişıq”ASC "Regonların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq Salyan rayonunda işə qəbul müsabiqəsi keçirib. 

Bu barədə "Report" quruma istinadən xəbər verir. 

Məlumata görə, şirkətin İnsan resursları Departamentinin direktoru Xalid Təhməzovun başçılığı ilə keçirilən müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb. 

Qeyd edək ki, bu cür müsabiqələri İşə Qəbul Komissiyası yazılı (test formasında) və şifahi qaydada aparır, müvəffəq qiymət almış namizədlər “Azərişığ”ın Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.

“Azərişıq” kadr ehtiyatının formalaşdırılması üçün Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, iş üçün birbaşa müraciət etmiş vətəndaşların, internet səhifəsində göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrinin peşəkar ixtisaslı kadrlarından, habelə özünün struktur bölmələrindən təklif olunan namizədlərdən istifadə edir. 

Son xəbərlər

Orphus sistemi