​"Azərişıq" regionların işıqlandırılması üçün iri tender elan edib

​"Azərişıq" regionların işıqlandırılması üçün iri tender elan edib Tender 15 lot üzrə elan olunub və bütün bölgələri əhatə edir
Energetika
19 Fevral , 2016 17:07
​Azərişıq regionların işıqlandırılması üçün iri tender elan edib

Bakı. 19 fevral. REPORT.AZ/ "Azərişıq" ASC 2016-cı ildə regionlarda Komplekt Transformator Məntəqələrinin (KTM) quraşdırılması, kabel və hava xətlərinin təmiri və tikintisi üzrə işlərin aparılması məqsədilə açıq tender elan edib. "Report"un əldə etdiyi məlumata görə, müsabiqə 15 lot üzrə keçiriləcək.

Lot-1 üzrə Bağlar, Xırdalan və Qobustan, Lot-2 üzrə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Lot-3 üzrə Xaçmaz, Quba, Qusar, Lot-4 üzrə Şəki, Qax, Zaqatala, Balakən, Lot-5 üzrə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Lot-6 üzrə Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Lot-7 üzrə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Lot-8 üzrə Mingeçevir, Ağdaş, Ucar, Göyçay, Ağsu, Lot-9 üzrə Bərdə, Yevlax, Tərtər, Goranboy, Lot-10 üzrə İmişli, Füzuli, Beyləqan, Zərdab, Ağdam, Ağcabədi, Lot-11 üzrə Saatlı, Kürdəmir, Sabirabad, Lot-12 üzrə Şirvan, Salyan, Neftçala, Lot-13 üzrə Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında KTM-lərin quraşdırılması və kabel xətlərinin çəkilməsi üzrə satınalma müsabiqəsi elan edilib.

Lot-14 üzrə Tövuz rayonunda 35 kV-luq "Qandallar" hava xəttinin təmiri, Lot-15 üzrə isə Yevlax rayonunda 35 kV-luq Malbinəsi-Qaraməmmədli Nasos hava xəttinin tikintisi üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün lotlar üzrə iştirak haqqı 200 manatdır və tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı tələb olunur.

İddiaçılar sənədlərini martın 11-dək, tender təklifi və bank təminatını isə martın 29-dək Bakı şəhəri, Bakıxanov küçəsi,13 ünvanında yerləşən Ümumi işlər İdarəsinə təqdim etməlidir.

Təklif zərfləri martın 30-da Ələsgər Qayıbov küçəsi,8 ünvanında "Azərışıq" ASC-nin inzibati binasında açılacaq.

Son xəbərlər

Orphus sistemi