“Azərişıq”: Seçki məntəqələri və dairələri fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq

“Azərişıq”: Seçki məntəqələri və dairələri fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq "Referenduma ən yüksək səviyyədə hazırıq"
Energetika
23 Sentyabr , 2016 12:22
“Azərişıq”: Seçki məntəqələri və dairələri fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı “Azərişıq” ASC seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına tam hazırdır. 

Bu barədə “Report”a “Azərişıq”ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fasiləsiz elektrik enerjisi ilə təchizatıı üçün “Azərişıq” bütün zəruri texniki və təşkilati tədbirləri görüb: “Mal-materialların ehtiyatı yaradılaraq baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub. Regional idarələrdə məsul cavabdeh şəxslər təyin edilərək seçki günündən əvvəl, seçki günü və sonrakı gün Səhmdar Cəmiyyətin Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti, habelə bütün RETSİ-lər və Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil olunub. Bununla da “Azərişıq” ASC tərəfindən bu mötəbər tədbir zamanı seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunması üçün ən yüksək hazırlıq vəziyyəti yaradılıb”. 

Son xəbərlər

Orphus sistemi